4 aprel 2013 16:35
Qara Qarayev: Neftçini saxlamaq çox çətindi
“Neftçi”yə qarşı ciddi hazırlaşırıq. Amma bu digər oyun hazırlıqlarından elə də fərqlənmir. “Ağ-qaralar” uzun müddətdi məğlub olmur. Hazırda çox yaxşı formadadılar”. Azerisport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.
Gənc oyunçu “Neftçi”nin meydana qisas hissi ilə çıxacağını bildirib: “Bizə hər 2 oyunda məğlub olduqlarına görə meydana qisas hissiylə çıxacaqlar. Bunun üçün çox çalışacaqları bəllidi. Rəqibin heyətində kimisə fərqləndirmək çətindi. Çünki, “Neftçi” fərdi ustalığı yüksək oyunçulardan qurulub. Flavinyo, Vobay, Kanales istənilən komanda üçün baş ağrısıdı. Onları saxlamaq bizim üçün çətin olacaq. Hazırda “Neftçi”ni saxlamaq çox çətindi. Amma bu o demək deyil ki, biz meydana məğlub kimi çıxırıq. Təbii ki, 3 xal qazanmaq istəyirik. Bunun üçün də vuruşacağıq. “Qarabağ”da əla kollektiv var. Bir-birimizə daim dəstək oluruq. Aprelın 6-sında da sona qədər uğurlu nəticə üçün döyüşəcəyik”.
Bu mövsüm “Qarabağ”la “Neftçi” arasında baş tutan ilk oyundakı yeganə qolu vuran 20 yaşlı yarımmüdafiəçi bununla bağlı da fikir bildirib: “Artıq demək olar ki, bu məsələni unutmuşam. Təbii ki, ilk qolumu “Neftçi”yə vurmaq çox xoş bir duyğudu. Bu hər zaman xatirimdə qalacaq. Amma qeyd etdiyim kimi, bu artlq keçmişdə qalıb”.
