4 aprel 2013 16:12
Sumqayıt Rəvanla oyuna iki itki ilə hazırlaşır
Topaz Premyer Liqasının növbəti turunda “Rəvan”la qarşılaşacaq "Sumqayıt" bu oyun üçün hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün “Bayıl Arena”da növbəti məşqini keçirib.
Zədəli Orxan Əliyev və Pərdis Fərca-Azad bu dəfə də hazırlıq prosesində iştirak etməyib. U-21-in heyətində zədə almış Slavikm Alxasov komandaya qoşulub. Yüngül zədəsi olduğu üçün fərdi məşqlərlə kifayətlənən Emin Cəfərquliyev və Can Akgün artıq tam hazır vəziyyətə gəlib.
Qeyd edək ki, “Rəvan” – “Sumqayıt” oyunu aprelin 7-də saat 17:00-da keçiriləcək.
