4 aprel 2013 17:16
Tales Şütz üçün mövsüm bitdi, Georgi Adamiya oynamağa hazırdı
“İnter”in hücumçusu Tales Şütz bu mövsümün sonuna qədər forma geyə bilməyəcək. Azerisport.az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən braziliyalı buna görə bir neçə əməliyyata məruz qalıb.
Hazırda isə o, müalicəsini vətənində davam etdirir. Şützün yaşıl meydanlara konkret nə vaxt qayıdacağı bilinməsə də, bu mövsümü onun üçün bitmiş saymaq olar.
“İnter”in digər zədəli futbolçusu Georgi Adamiya isə hazırda bərpa dövrünü keçirir. Şütz kimi uzun müddətdi zədədən əziyyət çəkən və əməliyyata məruz qalan futbolçuda başqa problem çıxmasa, bu mövsümün qalan oyunlarında komandasına kömək edə biləcək. Təbii ki, baş məşqçi Kaxaber Sxadadzenin etimadını qazana biləcəyi halda.
