5 aprel 2013 18:09
Bakcell Arenada monitorinq aparıldı (FOTO)
AFFA tərəfindən inşa olunmuş stadionların hər birində vaxtaşırı ot örtüyünün vəziyyəti ilə bağlı monitorinqlər aparılır, qazonun yüksək səviyyədə saxlanılması üçün lazımi işlər görülür. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, sonuncu monitorinq "Bakcell Arena"da keçirilib və şəkildə də göründüyü kimi, stadionun ot örtüyünün yüksək səviyyədə olduğu müəyyənləşib.
