5 aprel 2013 18:27
Georgi Çixradze: Əvəzetmələrin bəhrəsini gördük
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 25-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu. İlk hissədə üstün oynadıq. Lakin qol vura bilmədik. İkinci hissədə hesabda geri düşsək də, etdiyimiz əvəzetmələrin bəhrəsini gördük. Komandaya oyuna görə təşəkkürümü bildirirəm”.
