5 aprel 2013 18:42
Luis Araqon Qəbələdəki debüt matçından danışdı
“Qəbələ”nin məşqçisi Luis Araqon Topaz Premyer Liqasının 25-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qələbəyə çox yaxın idik. Qol imkanlarımız çox oldu. Rəqib komanda sona kimi mübarizə apardı. Altılıq oyunları çox çətin keçir. Gələcək oyunlarda daha yaxşı oynamağa çalışacağıq”.
