5 aprel 2013 19:25

“Özümü millidə oynamağa hazır sayıram”

"Rəvan” bazar günü Topaz Premyer Liqasıın 25-ci turu çərçivəsində "Sumqayıt”la üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, komanda hazırlığı "Bayıl Arena”da davam etdirir.
 
Turnir cədvəli baxımından prinsipial oyundan öncə müdafiəçi Nodar Məmmədov klubun rəsmi saytına danışıb. O, sözlərinə "Sumqayıt”la matçın hazırlığının necə keçməsi ilə başlayıb: "Hazırlıq, şükür Allaha, yaxşı keçir. Hər gün məşq edirik. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Hər şey qaydasındadır. Ümumiyyətlə, biz hər bir oyuna hərtərəfli hazırlaşırıq. "Sumqayıt”la matç da bu baxımdan istisna deyil. Turnir cədvəlindəki vəziyyətimiz bizi məhz 3 xala oynamağa məcbur edir. Bu rəqibdən uzaqlaşmaq üçün qələbə mütləqdir. Əlimizdən gələni edəcəyik ki, final fitindən sonra sevinən tərəf biz olaq”.
 
Məmmədov ötən həftə baş tutan və bir sıra məqamları ilə "Rəvan”ın tarixinə düşən "Turan”la oyun (6:2) barədə bunları söyləyib: "İlk qoldan sonra bir qədər rahatlaşma oldu, məncə. Ancaq Premyer Liqa matçlarında belə hala yol vermək olmaz. Çünki istənilən rəqib başağrısı ola bilər. Üstəlik, müdafiədə səhvlərə də yol verdik. Yaxşı ki fasilə zamanı baş məşqçi futbolçuları "ayılda” bildi. Məhz onun tənbeh, tənqid və tələblərindən sonra əla ikinci hissə keçirdik. Ümid edirəm ki, uğurlu oyunlar seriyasını bu həftə də davam etdirəcəyik”.
 
Sonda "4” nömrə yenidən Azərbaycan millisinə dəvət alacağına ümid etdiyini deyib: "Özümü yığmada oynamağa hazır sayıram. Daha öncə "Qarabağ”da oynayarkən yığmaya cəlb olunurdum. "Qəbələ”də isə məşqçilər mənə şans vermədi və belədə millidən uzaq düşməyim normal idi. İndi isə daim oynayıram və özümü milli üçün hazır sayıram. Ancaq hər şey baş məşqçidən asılıdır. Gərək onun dəvəti olsun əvvəlcə. İstənilən halda, xoş günlərin birində yenidən milli formanı geyəcəyimə dair ümidimi itirmirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.