5 aprel 2013 19:37

Varea bu dəfə dubl etdi (FOTOREPORTAJ)

"Rəvan” Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində qarşılaşacağı "Sumqayıt”la matçın hazırlıqlarını davam etdirir. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gündə 1 dəfə məşq edən komanda ənənəvi olaraq hazırlığı "Bayıl Arena”da keçir.
 
Bu gün saat 16:00-da başlayan növbəti məşq müəyyən mənada o birilərindən seçilib. Çünki isinmə hərəkətlərindən sonra baş məşqçi Ramil Əliyev yetirmələrini ikitərəfli oyunda sınayıb. Şərti olaraq "yaşıllar” və "qırmızılar”a bölünən futbolçuların yaratdığı komandaların balanslı olması üçün əsas heyət futbolçuları demək olar, yarıya bölünüb. Başqa sözlə, hər iki komandada əsas futbolçularla yanaşı, daha az oynamaq şansı qazananlar da yer alıb. Maraqlı bə şən ab-havada keçən oyunda "yaşıllar” 4:3 hesabı ilə qələbə qazanıb. Qalib tərəfdə Xuan Manuel Varea dubl edibsə, Miloş Adamoviçlə Ramazan Abbasov hərəyə 1 qol vurub. "Qırmızılar”da isə Mindauqas Kalonas, Tofiq Mikayılov və Vüsal Qarayev fərqlənib.
 
Məşqdə və ikitərəfli oyunda əlindən zədəli olan Murad Qənbərov istisna olmaqla, bütün futbolçular iştirak edib. Həftənin əvvəlində ayağından zədə alan Orxan Lalayev də fərdi məşqlərdən sonra komandaya qoşulub. O hətta ikitərəfli oyunun ən fəallarından biri olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.