6 aprel 2013 00:14

“Baş məşqçimiz bizi tam qane edir”

“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevin azerisport.az saytına müsahibəsi
 
- Öncə bu məsələyə aydınlıq gətirək: “Rəvan” növbəti mövsüm Premyer Liqada oynayacaq?
- Biz o vaxt belə qərara gəldik ki, oynamağa davam edirik. Növbəti mövsümə gəlincə, ən yaxşısına ümid edirik. Fikrimcə, bu baxımdan da problem olmaz.
 
- Yəqin ki, yenə də qarşınıza minimum avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyacaqsız...
- Bəli.
 
- Elə isə növbəti mövsüm komandaya kim rəhbərlik edəcək?
- İndiki baş məşqçimiz Ramil Əliyev. Bu məsələ bizim üçün qapanıb.
 
- Siz 26 yaşlı mütəxəssislə bu istəyinizə çata biləcəyinizi düşünürsüz?
- Biz onun yaşına fikir vermirik. Klub gənc məşqçiyə şans verdi və o, yüksək səviyyədə dəstək görür. Əgər o, özünə yaxşı karyera qurmaq istəyirsə, öz üzərində daha çox çalışmalıdı. Bu baxımdan Əliyev bizi tam qane edir. Özü də dünya təcrübəsində buna ilk dəfə deyil ki, rast gəlinir.
 
- Hər halda dünya təcrübəsində 26 yaşlı məşqçi çox nadir hadisədi...
- Ciddi bir şey yoxdu. Əsas odu ki, o, arzulu və işlək məşqçidi.
 
- Məsələn, siz Əliyevin “Xəzər Lənkəran”dakı həmkarı Con Toşakla rəqabət aparacaq gücdə olduğunu düşünürsüz?
- Biz belə hesab edirik ki, gənc və yerli mütəxəssisə şans vermək daha yaxşıdı. Gənc mütəxəssislər daha sürətlə inkişaf edirlər. Biz informasiya və texnologiyalar əsrində yaşayırıq. Əlbəttə, Toşakın təcrübəsi daha çoxdu. Amma əminəm ki, Toşak da vaxtilə Əliyevin keçdiyi yolları keçib.
 
- Mindauqas Kalonas etiraf edir ki, ona digər klublardan böyük maraq var. Belə bir faydalı oyunçunu itirməkdən qorxmursuz?
- Onun “Rəvan”la müqaviləsinin müddəti bu ilin dekabr ayında başa çatacaq. Onunla bağlı bizə hələ heç kim müraciət etməyib.
 
- Bəs olsa necə? Sizi hansı məbləğ qane edəcək?
- Hələ bu barədə heç nə deyə bilmərəm. Amma əgər təklif olsa, baxarıq. İndidən ona görə nə qədər pul tələb edəcəyimizi deyə bilmərəm. Bu haqda düşünmək tezdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.