5 aprel 2013 11:14
Fenerbahçe futbolçusunu milli komandamıza buraxmadı, Diniyev sıradan çıxdı
Aprelin 8-dən 13-ə qədər Moldovada təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Coşqun Diniyev ("İnter") zədəli olduğu üçün, Mirkamil Həşimli isə "Fənərbaxça" (Türkiyə) klubunun heyətində turnirdə iştirak edəcəyinə görə yığmanın təlim-məşq toplanışına qatılmayacaqlar.
