5 aprel 2013 12:57
Berti Foqts Bekkenbaur ilə görüşdü
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Almaniyada təşkil olunan “Bussines Cup” adlı qolf turnirində iştirak edir. Azerisport.az xəbər verir ki, bu turnirdə Almaniyanın müxtəlif idman növləri üzrə “ulduzlar”ı iştirak edir.
Onların arasında Frants Bekkenbauer, Boris Bekker (tennis), Katarina Vitt (fiqurlu konkisürmə) və başqaları da var.
Qeyd edək ki, Foqts qolf həvəskarıdı. O, qolf üzrə müxtəlif turnirlərdə iştirak edir. Yığmamızın çalışdırıcısı hətta bir müddət öncə xeyriyyə məqsədiylə təşkil olunan turnirə də qatılmışdı.
