5 aprel 2013 13:14

“Qəbələnin taleyi öz əlində deyil”

“Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanovun azerisport.az saytına müsahibəsi
 
- “Qəbələ”nin “Simurq”la bu gün keçirəcəyi oyundakı şansları haqda nə deyə bilərsiz?
- Hər iki komandanın şansları eynidi. Baxmayaraq ki, biz doğma meydanda çıxış edəcəyik. Buna baxmayaraq, rəqib önündə hansısa üstünlüyümüzün olduğunu deməzdim. Əlbəttə, azarkeşlərin komandanı dəstəkləməsi xoşdu. Amma bizə indi komanda kimi toparlanmaq daha vacibdi. Hamı görür ki, son turlarda “Qəbələ”nin oyunu alınmır. Ona görə də “Simurq”la oyunda nə olacağını öncədən demək çətindi. Şübhəsiz ki, biz qələbə qazanmaq istəyirik.
 
- Bəs rəqib haqda düşüncələriniz necədi?
- Yaxşı komandadı. “Simurq” baş məşqçi dəyişikliyindən sonra çox dəyişdi, daha yaxşı oynamağa başladı. Bunun da məntiqi nəticəsi kimi komanda hazırda dördüncü yerdə gedir. Onlar da daha çox qələbə qazanmaqla turnir vəziyyətlərini yaxşılaşdırmağı hədəfləyiblər. Çünki avrokuboklara vəsiqə əldə etmək istəyirlər.
 
- Sizcə, “Qəbələ”nin oyunu son dövrlər niyə alınmır?
- Bilmirəm. Hamı günahkardı. Bizə nə olduğunu heç kim başa düşə bilmir. Yeni ildən sonra cəmi bircə qələbə qazana bilmişik. Halbuki, rəhbərlik bizim qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfni qoymuşdu.

- Sizcə, bu vəzifənin öhdəsindən gəlmək şanslarınız qalır?
- Şans hələ var, amma çox cüzi. Çünki taleyimiz öz əlimizdə deyil. İndi daha çox digər rəqiblərimizin xal itkisinə ümid edə bilərik.
 
- “Qəbələ” yenə avrokuboklardan kənar qalsa, bunu növbəti uğursuzluq saymaq olar?
- İlk altılığa düşməyi uğur saymaq olmaz. Bu, nəticə deyil. Təbii ki, avrokuboklara vəsiqə əldə edə bilməsək, mövsüm boşa verilmiş sayılacaq. Nəzərə almaq lazımdı ki, kubokda da heç nə edə bilmədik.

- Sizcə, “Qəbələ” üçün ən yaxşı variant hansı olar: əcnəbi, yoxsa yerli mütəxəssis?
- Fikrimcə, burda ciddi fərq yoxdu. Əsas odu ki, oyunçularla dil tapa bilən bir mütəxəssis olsun. Komandaya səhvlərimizi aradan qaldıra biləcək mütəxəssis lazımdı. Yeni baş məşqçi hamını başa düşməyi, yaxşı komanda yaratmağı bacarmalıdı.
 
- “Qəbələ”yə də Con Toşak kimi birisi lazımdı?
- Məşqçi öz düşüncələrini komandaya aşılamağı bacarmalıdı. Futbolçular onu başa düşə bilməlidilər. İndiki halda bizim üçün yeni məşqçinin ünlü, yaxud sıradan birinin olmasının fərqi yoxdu. Əsas onun görəcəyi işdi. İnsanlar stadiona bizim oyunumuzu izləməyə gəlirlər, qələbələrimizi görmək istəyirlər. Biz də onları sevindirməyə borcluyuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.