5 aprel 2013 14:16
Premyer Liqanın dörd oyunu canlı yayımda
Topaz Premyer Liqasının 25-ci turunun dörd oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilmiş qarşılaşmaları azarkeşlər canlı izləyə biləcəklər:
Topaz Premyer Liqası
25-ci tur
5 aprel (cümə)
“Qəbələ” – “Simurq”
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu, 16:00 (canlı, “İdman Azərbaycan”)
6 aprel (şənbə)
“Bakı” – “İnter”
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Murad Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00 (canlı, “İdman Azərbaycan”)
“Neftçi” – “Qarabağ”
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakcell Arena” stadionu, 17:00 (canlı, “İdman Azərbaycan”)
7 aprel (bazar)
AZAL – “Turan”
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Səfər Haşımov
“AZAL Arena” stadionu, 17:30 (canlı, “İdman Azərbaycan”)
