5 aprel 2013 14:44
Azərbaycan yığmasının Avropa ulduzları ilə oyununun yeri bəlli oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanın veteran futbolçuları ilə Avropanın veteran “ulduzlar”ı arasında yoldaşlıq görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq görüşün keçirilmə yeri və vaxtı da müəyyənləşib.
Belə ki, qarşılaşma mayın 1-də baş tutacaq. Oyun “Bayıl Arena”da keçiriləcək.
Qeyd edək ki, məhz bu oyuna hazırlıq məqsədi ilə veteranlarımız həftədə üç dəfə məşq edirlər.
Bu oyunun təşkilatçıları əcnəbi qonaqlarla da danışıqları davam etdirirlər. Artıq Gürcüstandan gələcək veteranlarla razılıq əldə olunub. Elə Türkiyədən Bülent Korkmaz, Hakan Şükür və Rüştü Reçberin də bu oyunda iştirakı demək olar, dəqiqləşib.
