5 aprel 2013 15:01
Rumıniya klubu Neftçinin yarımmüdafiəçisini almaq istəyir
“Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay komandadan gedə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb Rumıniyanın “Universitatea” (Krayova) klubunun Syerra Leone yığmasının üzvü ilə ciddi maraqlanmasıdı.
Belə ki, sözügedən klubun prezidenti Adrian Mititelu vaxtilə bu komandada çıxış etmiş Vobayı geri qaytarmaqda israrlı olduqlarını dilə gətirib.
Qeyd edək ki, Vobay 2007-2010-cu illər aralığında məhz “Universitatea” klubunda top qovub. O, həmin illər ərzində bu komandada keçirdiyi 103 oyunda 12 qol vurmaqla Krayova təmsilçisinin azarkeşlərinin sevimlisinə çevrilib. Lakin 2010-cu ildə klubun üzləşdiyi maliyyə problemi ilə əlaqədar olaraq təcrübəli yarımmüdafiəçi öncə Limassol “Aris”inə icarəyə verilib. 2011-ci ildə isə “Xəzər Lənkəran”a satılıb.
