6 aprel 2013 18:53
Qarabağ Neftçini, İnter Bakını məğlub etdi, Toşakdan ilk qələbə (YENİLƏNİB)
Bu gün futbol Azərbaycan Topaz Premyer Liqasında 25-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.
İlk altılıq çərçivəsindəki daha bir görüş “Bakı” ilə “İnter” arasında keçirilib. Qarşılaşma "bankirlər"in qələbəsiylə başa çatıb. Nəticədə "İnter" liderə bir qədər də yaxınlaşib.
Turun mərkəzi oyununda “Neftçi” “Qarabağ”la üz-üzə gəlib. Bu oyunda Ağdam təmsilçisi vacib qələbə qazanaraq, çempionluq uğrunda mübarizəni bir qədər də qızışdırıb.
İkinci altılıq çərçivəsində isə “Kəpəz” “Xəzər Lənkəran”ı qəbul edib. Görüş Lənkəran təmsilçisinin qələbəsiylə nəticələnib. Qeyd edək ki, bu, "ağ-yaşıllar"ın yeni baş məşqçi Con Toşakla ilk zəfəri idi.
Topaz Premyer Liqası
25-ci tur
6 aprel
NEFTÇİ – QARABAĞ - 1:2 (0:1)
Qollar: R.Almeyda, 35 (0:1), R.Almeyda, 68 (0:2), N.Kanales, 87 (1:2)
Bakı. “Bakcell Arena”.
Bakı. “Bakcell Arena”.
Oyun başladı
5. "Qarabağ" ilk dəqiqələrdən daha fəaldı və topa nəzarəti əldə saxlamağa çalışır
9. Mitreski top uğrunda mübarizə zamanı zədələnir. Amma oyunu davam etdirə biləcək
15. Təşəbbüs demək olar ki, tam olaraq "Qarabağ"ın əlindədi və ağdamlılar "Neftçi"ni topsuz oynamağa məcbur edirlər
19. A.Teli hakimlə mübahisəyə görə sarı vərəqə alır
23. "Qarabağ"ın korner vuruşu qol gətirmir
24. Q.Qarayevin uzaq məsafədən vurduğu cərimə zərbəsi qapının üstündən keçir
29. Vobayın cərimə zərbəsini Vəliyev zərərsizləşdirir
33. E.Ramos Reynaldonu cərimə meydançasında kobudluqla dayandırdığı üçün meydan sahiblərinin qapısına penalti təyin olunur
34. Ramos qayda pozuntusuna görə sarı vərəqə ilə də cəzalanır
35. R.Almeyda penaltini dəqiq yerinə yetirməklə hesabı açır - 0:1
40. Reynaldonu bu dəfə cərimə meydançası yaxınlığında Flavinyo kobudluqla dayandırır
41. R.Sadıqovun cərimə zərbəsi qapının üstündən keçir
44. Mitreski sürətlə cərimə meydançasına daxil olmağa çalışan Reynaldonu kobudluqla dayandırır və birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
45. Reynaldo bu gün "Neftçi" üçün qarşısıalınmazdı. Möhtəşəm oyun sərgiləyir
45. R.Sadıqovun cərimə zərbəsi canlı səddə dəyib meydanı tərk edir
45+1. Reynaldonun çox təhlükəli zərbəsi qapıdan azca yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. M.Seyidovu fasilədə T.Quliyev əvəzləyib
50. "Neftçi"nin məğlubiyyətdən yaxa qurtarmaq cəhdləri bəhrə vermir
54. "Qarabağ"ın korner vuruşu uğurlu alınmır
57. Qonaqların hücumu təhlükəli alınsa da, qol gətirmir
58. Q.Qarayev kobud oyuna görə sarı vərəqə alır
61. Flavinyo hakimə etiraza görə sarı vərəqə alır
63. "Qarabağ"ın sürətli əks-hücumu zamanı Reynaldo ikinci qolu vurmağa çox yaxın olsa da, həlledici zərbəsi hədəfə düşmür
63. Ə.İsmayılovu V.Nadirov əvəzləyir
66. K.Torresin əvəzində meydana M.Muarem daxil olur
67. Rəqibi kobudluqla dayandıran R.Almeyda da sarı vərəqəsiz ötüşmür
68. V.Nadirovun zərbəsini Stamenkoviç geri qaytarsa da, Almeyda təkrar zərbə ilə özünün və komandasının ikinci qolunu vurur - 0:2
71. Kanales də sarı vərəqə alır
76. A.Abdullayevin zərbəsi qapıdan azca aralı keçir
77. Vobayın əvəzində meydana Bertuççi daxil olur
77. Bertuççinin oyuna girən kimi qapıya vurduğu təhlükəli zərbəni Vəliyev geri qaytarır
79. D.Silvanı B.Nasimov əvəzləyir
80. Aqollinin uzaqdan zərbəsini Stamenkoviç tutur
84. A.Abdullayev də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
87. A.Abdullayevin cinah ötürməsindən sonra Kanales dəqiq baş zərbəsi ilə fərqi azaldır - 1:2
89. R.Almeydanı N.Yusifov əvəzləyir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. Son dəqiqələr çox gərgin və maraqlı keçir. "Nefti" hesabı bərabərləşdirmək istəyir
90+2. Opara komandasının üçüncü qolunu vurmağa yaxın olsa da, topa çata bilmir
90+3. T.Quliyevin zərbəsi qapıdan azacıq yan keçir
Matç başa çatdı
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Şükürov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Xose Luis Kabion, 4. Tərlan Quliyev, 14. Bahodir Nasimov, 16. Bruno Bertuççi, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev.
QARABAĞ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 20. Riçard Almeida, 21. Reynaldo Silva, 22. Əfran İsmayılov, 24. Admir Telli, 25. Ansi Aqolli, 88. Kristian Torres.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 7. Namiq Yüsifov, 10. Muarrem Muarrem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov.
BAKI – İNTER - 1:2 (0:0)
Qollar: A.Məmmədov, 67 (0:1), Y.Fomenko, 81 (0:2), Ş.Əliyev, 90+3 (1:2)
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
3. Komandalar ilk dəqiqələrdən hücuma atılıblar
4. B.Sxadadzenin yaxın məsafədən zərbəsi zamanı top dirəkdən dönür. "Bakı"nın bəxti gətirdi
10. "Bakı"nın ilk korner vuruşundan qol səsi çıxmır
12. Fomenkonun yaxın küncə zərbəsini Kamran tutur
15. R.Əmircanovun uzaqdan zərbəsini Kamran əla reaksiya ilə kornerə çıxarır
16. "İnter"in də ilk künc zərbəsi uğursuz alınır
25. Bu dəqiqələrdə oyun daha çox meydanın mərkəzində keçir
30. "Bakı"nın ehtiyatdakı futbolçularından İ.Karqbo sarı vərəqə alır. Bu, oyundakı ilk sar vərəqədi
32. Şoliçin uzaqdan zərbəsi çox qeyri-dəqiq alınır
33. Kamran növbəti dəfə "Bakı"nl qoldan xilas edir. Künc zərbəsi zamanı da "İnter"in qol vurmaq istəyi baş tutmur
34. Tevdoradze də öz məharətini nümayiş etdirir və təhlükəli hücumun qarşısını alır
40. Qol vəziyyətləri demək olar ki, artıq yox səviyyəsindədi
44. "İnter" daha bir korner qazanır. Amma qonaqlar bu şansı da boşa verirlər
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Ə.Quliyevi fasilədə G.Popxadze əvəzləyib
47. "Bakı"nın korner vuruşu uğursuz olur
51. L.M.Horvat da sarı vərəqə alır
57. Ristoviçin cərimə zərbəsi dəqiq alınmır
58. Niassenin əvəzində meydana L.Roşa çıxır
64. Ristoviçi C.Hüseynov əvəzləyir
66. Penanın zərbəsini Tevdoradze tutur
67. A.Məmmədov cərimə meydançasında ələ keçirdiyi topu sol ayaqla qapının uzaq küncünə göndərir - 0:1
72. Ş.Əliyevin uzaqdan zərbəsini Tevdoradze kornerə çıxarır
73. E.Məmmədovu R.Əliyev əvəzləyir
74. "Bakı"nın korner vuruşu təhlükəli olsa da, yenə qol gətirmir
78. A.Məmmədovu A.Daşdəmirov əvəzləyir
80. "Bakı" cərimə meydançası yaxınlığından cərimə zərbəsi vurmaq hüququ qazanır. Lakin Horvatın vuruşunda top canlı səddə toxunub meydanı tərk edir
81. "Bakı"nın korner vuruşu zamanı topu ələ keçirən "İnter" sürətli əks-hücum qurur və Sxadadze ilə paslaşa-paslaşa rəqib qapısına qədər irəliləyən Fomenko dəqiq zərbə ilə ikinci qolu vurur - 0:2
83. Penanın uzaqdan vuruşunda top dirəkdən qayıdır
84. A.Abatsiyevi F.Bayramov əvəzləyir
87. Roşanın cərimə zərbəsi uğursuz alınır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. "Bakı"nın korner vuruşu zamanı Ş.Əliyev dəqiq baş zərbəsi ilə hesab arasındakı fərqi azaldır - 1:2
Matç başa çatdı
BAKI: 1. Kamran Ağayev, 14. Elvin Əliyev, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 77. Aleksandar Soliç, 28. Ferdi Elmas, 22. Risto Ristoviç, 24. Marius Pena.
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 6. İbrahim Karqbo, 8. Junior Vilson, 27. George Popxadze, 23. Rauf Əliyev, 88. Cavid Hüseynov, 99. Rəhman Hacıyev.
İNTER: 74. Revaz Tevdoradze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko, 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 9. Daniel Genov, 14. Petar Zlatinov, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 91. Leandro Roşa.
KƏPƏZ – XƏZƏR LƏNKƏRAN - 1:2 (0:2)
Qollar: D.Sialmas, 31 (0:1), A.Pit, 45 (0:2), E.Həsənəliyev, 88 (1:2)
Bakı. “Dalğa Arena”.
Oyun başladı
XL ilk dəqiqələrdən daha fəaldı
Əmirquliyevin zərbəsi qapıdan yan keçir
Pitin də uzaqdan zərbəsi dəqiq olmur
Abdullayevin zərbəsi qapıdan yan keçir
F.Quliyev hesabı açmağa çox yaxın olsa da, şansını qaçırır
Paşayevin zərbəsi çox qeyri-dəqiq alınır
Komandalar mərkəzi unutsa da, qarşılıqlı hücumlar hələ ki, bəhrəsizdi
Sialmas dəqiq zərbə ilə hesabı açır - 0:1
XL qoldan sonra da üstün oyun nümayiş etdirməyə davam edir
Sialmasdan daha bir zərbə: bu dəfə dəqiq olmur
Pit ilk yarının son saniyələrində ikinci qolu vurur - 0:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
XL fasilədən sonra da fəaldı
Pitin növbəti zərbəsi dəqiq olmur
Paşayevin zərbəsi qapının üstündən keçir
Pitdən daha bir qeyri-dəqiq zərbə
XL artıq oyuna nəzarəti əldə saxlamaqla qələbə hesabını qoruyur
"Kəpəz" isə məğlubiyyətdən yaxa qurtarmaq üçün demək olar ki, heç nə etmir
Elvin Həsənəliyev buraxılan qollardan birinin əvəzini çıxır - 1:2
Matç başa çatdı
KƏPƏZ: 1. Ramil Kərimov, 2. Cəmşid Məhərrəmov, 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 9. Alan Sotanov, 11. Fərid Quliyev, 15. Şahin Kərimov (k), 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 4. Məhərrəm Müslümzadə, 5. Mətləb Məmmədov, 10. Zaur Əsədov, 14. Elxan Əzizov, 18. Nikolay Svejentsev, 23. Ravil Müslümov.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 4. Alvaro Silva, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 3. Vanderson Skarduelli, 7. Sadio Tounkara, 17. Kazım Kazımlı, 24. Gökhan Güleç, 97. Elnur Cəfərov.
Turun digər oyunları: Qəbələ - Simurq – 1:1, 7 aprel - 17:00. Rəvan – Sumqayıt, 17:30. AZAL – Turan.
| 1 | Neftçi | 25 | 15 | 3 | 7 | 50 | 27 | +23 | 48 |
| 2 | İnter | 25 | 13 | 8 | 4 | 28 | 15 | +13 | 47 |
| 3 | Qarabağ | 25 | 12 | 9 | 4 | 33 | 21 | +12 | 45 |
| 4 | Simurq | 25 | 10 | 10 | 5 | 27 | 17 | +10 | 40 |
| 5 | Bakı | 25 | 7 | 13 | 5 | 27 | 18 | +9 | 34 |
| 6 | Qəbələ | 25 | 9 | 6 | 10 | 28 | 31 | –3 | 33 |
| 1 | AZAL | 24 | 8 | 9 | 7 | 36 | 27 | +9 | 33 |
| 2 | XL | 25 | 8 | 8 | 9 | 35 | 30 | +5 | 32 |
| 3 | Rəvan | 24 | 8 | 4 | 12 | 30 | 38 | –8 | 28 |
| 4 | Sumqayıt | 24 | 7 | 7 | 10 | 25 | 39 | –14 | 28 |
| 5 | Turan | 24 | 6 | 5 | 13 | 26 | 45 | –19 | 23 |
| 6 | Kəpəz | 25 | 2 | 4 | 19 | 14 | 51 | –37 | 10 |
Bombardirlər:
21 - Nikolas Kanales (Neftçi)
13 - Franko Nildo (AZAL)
11 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt).
7 - Zohair Benuahi (AZAL), Baçana Sxadadze (İnter).
