6 aprel 2013 00:59
Millimizin hücumçusu nə vaxt sıraya dönəcək?
Futbol üzrə Azərbaycan yığmasının və “Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 25-ci turunun “Rəvan”la oyununda da iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya ilə qarşılaşmada zədələnən forvard hələ də tam sağalmayıb.
Pərdisin yalnız gələn həftə sıraya dönməsi gözlənilir. Həkimlərin bildirdiyinə görə, Fərcad-Azad AZAL ilə növbəti turun oyununda forma geyə biləcək.
