5 aprel 2013 15:29
Nazim Əliyev: Buna görə təəssüflənmirəm
Azərbaycanın veteran futbolçusu Nazim Əliyev bu gün 50 yaşını qeyd edir. 236 oyunda oyunda 183 qola imza atmaqla Azərbaycan futbolunda rekorda imza atan Əliyev yubiley günündə azerisport.az saytının bəzi suallarını cavablandırıb.
- Nazim Əliyevin adı çəkiləndə ilk növbədə vaxtilə vurduğunuz qollar yada düşür...
- Hə, mən futbol oynayanda çalışırdım ki, hər oyunda qol vurum. Ümidləri doğrulda bilirdim. Bu gün 50 yaşım tamam olur. Bunun 35 ilini idmana həsr etsəm də, buna görə təəssüflənmirəm. Karyeramı normal qiymətləndirirəm.
- 236 oyunda 183 qol! Bəs bunlardan hansı daha yaddaqalan olub?
- 1993-cü ildə “Neftçi” “Turan”ı Sumqayıtda məğlub etdi. Həmin oyunda yeganə qolu mən vurdum. Qapıda Nizami Sadıqov durmuşdu. Amma uzaqdan vurduğum zərbə zamanı hətta o da heç nə edə bilmədi.

- Niyə hələ də sizin rekordunuzu təkrarlayan yoxdu?
- Bilmirəm. Amma şəxsən mən bunu çox istəyirəm. Bəlkə kimsə həmin uğura nail olsa, məni də xatırlayan olar. Çox istərdim ki, bizdə hücumçuların sayı artsın. Çünki onlarsız futbol maraqsız olur. Hazırda isə klublarımızın heyətində ancaq legionerlər çıxış edirlər. Əgər yerli hücumçular oyun təcrübəsi qazana bilmirlərsə, necə qol vura bilərlər?

- Niyə sizi yığmaya dəvət etmirlər?
- Çox maraqlı sualdı. Məni toplanışlara, yoxlama oyunlarına çağırırlar. Amma rəsmi oyunlara yox. Yəqin ki, bu, onunla əlaqədardı ki, komandamız belə oyunlarda daha çox müdafiəyə diqqət ayırır.

- İndiki hücumçularımıza nəyi məsləhət görərdiniz?
- Onlar rəqibdən qorxmamalıdılar. Hücumçu daim müdafiəçilərin səhvini gözləməlidi və istənilən an zərbə vurmağa hazır olmalıdı. Bizdə yaxşı futbolçular var. Amma nədənsə çox az qol vururlar.

- Berti Foqtsun işi barədə nə deyə bilərsiz?
- Əgər yığmada nəticə yoxdursa, bunda günahkar baş məşqçidi. Mənə elə gəlir ki, o, buna görə AFFA qarşısında hesabat verməlidi. Yığmamız hücum etməyi, qol vurmağı bacarmalıdı. Ancaq müdafiə olunmaq olmaz. Bütün oyunu müdafiədə keçirən istənilən komanda qol buraxır.