5 aprel 2013 16:09
Baku Hellin Deportivo 3 000 000 avro axtarışında
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Baku Hellin Deportivo” futbol komandasının gələcək planlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, konfransda bu İspan klubunun azərbaycanlı prezidenti Gülnarə Xanbabayeva Azərbaycanda qadın futbolunun inkişafı perspektivləri və “Baku Hellin Deportivo” komandanın gələcək planları haqqında məlumat verib.
Xanbabayeva bəyan edib ki, “Baku Hellin Deportivo”nun hədəfi ikinci diviziona – Sequndaya vəsiqə qazanmaqdı: “Əgər biz Sequnda diviziona vəsiqə qazansaq, bizə 3 000 000 avro pul lazım olacaq. Biz artıq bununla əlaqədar bəzi instansiyalara müraciət etmişik. Amma hələ bir cavab almamışıq”.
