5 aprel 2013 17:57
Xəzər Lənkəran Rusiya tekekanalından imtina etdi
“Xəzər Lənkəran” Rusiyanın “Rossiya-2” telekanalından aldığı təklifdən imtina edib. Azerisport.az saytına bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, kanalın “Udar qolovoy” verilişinin əməkdaşları “ağ-yaşıllar”ın uelsli çalışdırıcısı Con Toşakı öz proqramlarında görmək istədiklərini bildiriblər. O, yeni komandasından, işindən və digər məsələlərdən danışmalı imiş.
Lakin “Xəzər Lənkəran” gərgin iş qrafikini nəzərə alaraq, bu təklifi müsbət cavablandırmamağa qərar verib.
