6 aprel 2013 19:12
“İlk qolu vuran qalib gələcəkdi”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 25-ci turunun “İnter” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“9 oyundan sonra ilk məğlubiyyətmizi aldıq. “İnter” ilk dəqiqələrdən oyuna daha yaxşı köklənmişdi. İlk hissədə qapı dirəyindən dönən topları var idi. Bizim də bir neçə qol imkanımız oldu. Oyuna yaxşı köklənmədik. Lakin ikinci hissəni daha yaxşı oynadıq. Son ötürmələrdə dəqiq olmadıq. İlk qolu vuran qələbə qazanacaqdı. Biz rəqibə “hədiyyə” verdik. İkinci qoldan sonra oyun daha da çətinləşdi. Qarşıdakı oyunlara baxacağıq”.
