6 aprel 2013 19:17
Con Toşak Azərbaycandakı ilk zəfərindən danışdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 25-ci turunun “Kəpəz” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk hissəyə yaxşı başlamadıq. Rəqiblə bərabər mübarizə apardıq. Qollarımızı ilk hissədə vursaq da, “Kəpəz” bu hesaba layiq deyildi. İkinci hissədə isə 4-5 qol imkanından yararlana bilmədik. Oyunun son dəqiqələrində qol buraxmağımız məni məyus etdi”.
