6 aprel 2013 19:23
Mahmud Qurbanov: Toşakla razıyam
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 25-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib komandanın baş məşqçisi ilə razıyam. İlk hissədə iki qol buraxmağa layiq deyildik. Komanda meydanda sonadək mübarizə apardı. Oyundan sonra komanda üzvlərinə oyuna görə təşəkkürümü bildirdim”.
