6 aprel 2013 19:55
Tahir Süleymanov: Neftçi çempionluğu hədiyyə etməyə hazırdı
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqasının 25-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmisi 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hamı bu oyunu gördü. Klub prezidenti, komandanın oyunçu və məşqçi heyəti adından bəyan edirəm ki, bizi heç kim durdura bilməz. Bizə qarşı hazırlanmış bu plan baş tutmayacaq. Biz çempionluğu hədiyyə etməyə hazırıq”.
