6 aprel 2013 20:03
Qurban Qurbanov: Qələbə üçün əlimizdən gələn hər şeyi etdik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 25-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ölkənin ən yaxşı komandası ilə oyunda vacib üç xal qazandıq. Maraqlı oyun oldu. Rəqib azlıqda qaldıqdan sonra oyun dəyişdi. Oyunun son dəqiqələrində bir neçə səhvimiz oldu. Komanda sonadək mübarizə apardı. Qələbə üçün əlimizdən gələn hər şeyi etdik. Belə oyunlarda daha az səhv edən qalib gəlir. Bizim üçün hər xal, hər rəqib vacibdir”.
