6 aprel 2013 20:11
Böyükağa Hacıyev: Belə qələbə ilə Qarabağa təbrik düşmür
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 25-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qalib gəldiyimiz kimi məğlub olmağı da bacarmalıyıq. Azlıqda qalmağımıza baxmayaraq hesabı bərabərləşdirməyə çalışırdıq. Lakin buna nail ola bilmədik. Belə qələbə ilə “Qarabağ”a təbrik düşmür. Milli komandanın oyunundan sonra Mahir Şükürov özünə gələ bilmir. İqor Mitreski Azərbaycan səviyyəsi üçün çox yaxşı futbolçudur. O, futbolçudur, insandır, robot deyil”.
