6 aprel 2013 11:38

Georgi Adamiya: Neftçinin İnterlə müqayisədə çempion olmaq şansı daha çoxdu

“İnter”in yarımmüdafiəçisi Georgi Adamiyanın azerisport.az saytına müsahibəsi
 
- Vəziyyətiniz necədi?
- Hələ tam bərpa olmamışam. Amma tədricən özümə gəlirəm. Bir neçə dəfə komanda ilə məşq etmək istəmişəm. Lakin ağrılar hiss etdiyimdən ayrıca hazırlaşmaq məcburiyyətində qalmışam. Tam özümə gəlməyim üçün hələ bəzi proseslərin də tamamlanması lazımdı.
 
- Bu mövsüm oynaya biləcəksiz?
- Ümid edirəm ki, hə. Əgər hər şey plan üzrə getsə, komandama kömək edə biləcəm.
 
- Yeddi aydı futboldan uzaq qalmısız. Əvvəlki formanızı bərpa edə biləcəksiz?
- Çətin olacaq. Amma çalışıram ki, zədədən öncəki günlərimi yada sala bilim (gülür). Hələ dəqiq heç nə deyə bilmərəm. Bundan sonra necə oynayacağım meydanda bilinəcək.
 
- Meydanda olmamağınız hiss olunur? Amma ciddi...
- Axı siz mənim ciddi oğlan olduğumu bilirsiz. Ona görə də yaxşısı budu başqa suala keçin (gülür).
 
- Belə ağır zədəyə, uzun müddət futbolsuz qalmağınıza rəğmən, əhvalınız yaxşıdı...
- Bu, mənim karyeramdakı ilk belə zədə və əməliyyat idi. Amma həmişə meydana qayıtmaq ümidi ilə yaşamışam.
 
- Sizin yoxluğunuzda “İnter” liderlər qrupunda qərarlaşıb. Çempionluq şanslarınız barədə nə deyə bilərsiz?
- “Neftçi”dən dörd xal geri qalırıq. Fikrimcə, fərq heç də az deyil. Təbii ki, indiki məqamda onların çempionluq şansı daha yüksəkdi. “İnter”in şansı bir qədər azdı. Amma öz aramızda keçiriləcək oyunda bu fərqi azalda bilərik. Mübarizəmizi sona qədər davam etdirəcəyik.

- Əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdısa, çempionun kim olmasının nə fərqi var ki? Elə deyilmi?
- Xeyr. Bu, Azərbaycan futbolunun ən qəribə tendensiyalarından biridi. Təki avrokuboklara vəsiqə qazanaq fikri ilə oynamaq düzgün deyil. Əgər çempion olmaq istəmirsənsə, futbol oynamağın nə mənası? Şəxsən mən üçüncü dəfə çempion olmağı çox istəyirəm.
 
- Premyer Liqanın formatının dəyişdirilməsini necə qarşıladınız?
- Mən həmişə çempionatın 10 komandadan, dörd dövrədən ibarət olmaqla keçirilməsinin tərəfdarı olmuşam. Bu, altılıqdan daha faydalı sistemdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.