6 aprel 2013 12:26
Azərbaycan derbisində Neftçi güləcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 25-ci turunun “Neftçi” – “Qarabağ” oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, sorğuya qatılanların böyük əksəriyyəti Azərbaycan derbisində “Neftçi”nin qələbə qazanacağını proqnozlaşdırır. Bu varianta 372 səs (55 faiz) verilib.
“Qarabağ”ın qələbə qazanmağa daha yaxın olduğunu düşünənlər isə 34 faizdi (235 səs).
Yerdə qalan 11 faiz (74 səs) isə heç-heçə olacağı qənaətindədi.
