6 aprel 2013 12:41

Ansi Aqolli: Neftçini məğlub etmək heç də asan deyil

“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
 
- Bu gün sizi “Neftçi” ilə çətin oyun gözləyir...
- İndi elə bir dövrdü ki, bütün oyunlar bizim üçün çox vacibdi. Hər bir oyun finala bərabərdi. Axı mövsümün sonuna cəmi səkkiz tur qalıb.
 
- Bu oyundan nə gözləyirsiz?
- “Neftçi” güclü komandadı. Onları məğlub etmək heç də asan deyil. Son iki oyunda qalib gəldiyimiz üçün bu dəfə onların yalnız üç xal üçün köklənəcəyi şübhəsizdi. Amma biz də eyni məqsədlə meydana çıxacağıq.
 
- “Neftçi” çox güman ki, bu dəfə mütləq qisas almağa çalışacaq...
- Hər bir komanda qələbə qazanmağa çalışır. Təbii ki, “Neftçi”nin bu dəfə daha aqressiv olması istisna deyil.
 
- “Neftçi”nin heyətində bu dəfə Juluis Vobaya qarşı mübarizə aparmalı olacaqsız...
- Yalnız bir oyunçuya qarşı hansısa hazırlıq planı qurmamışıq. Həm də öncədən heç nəyi bilmək olmaz. Bəlkə mənim cinahımda başqa futbolçuya şans verdilər.
 
- Son dövrlər “Qarabağ” əvvəlki baxımlı oyununu sərgiləyə bilmir. Niyə?
- Mümkündü ki, son oyunlarımız baxımlı alınmır. Amma əvəzində bu, bizə nəticə qazandırır. Fikrimcə, indiki məqamda bizim üçün bu, daha vacibdi.
 
- “Qəbələ”ni də məhz bunun sayəsində məğlub etdiniz?
- Fikrimcə, həmin oyun bizim üçün çox yaxşı alındı. Qələbəni çətinliklə əldə etdik. Amma 3 xala layiq olduğumuzu düşünürəm. Rəqib də yaxşı təsir bağışladı. Sadəcə, biz onlara xal qazanmaq imkanı vermədik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.