7 aprel 2013 01:10
Elhad Nəziri yenə debüt edə bilmədi (YENİLƏNİB)
Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 25-ci tur çərçivəsində “Panduri” ilə qarşılaşıb.
Görüş səfərdə keçirilirdi. Bu üzdən də “Petrolul”u çox çətin sınaq gözləyirdi. Lakin həmyerlimizin komandası bu görüşdən də qalib ayrılmağı bacarıb.
Nəzirinin bu görüşdə iştirak etməsi istisna deyildi. Bu, baş tutsaydı, yığmamızın üzvü yeni klubunda debütünü rəsmiləşdirmiş olacaqdı. Lakin bu, yenə də baş tutmayıb.
Qeyd edək ki, “Petrolul” 25 oyundan sonra topladığı 45 xalla 3-cü pillədə yer alıb.
Rumıniya çempionatı
25-ci tur
6 aprel
Panduri - Petrolul - 1:3
