6 aprel 2013 13:06
Simurq məğlubiyyətdən qaçdı, Georgi Çixradze futbolçulara istirahət verdi
Dünən “Qəbələ”nin qonağı olan “Simurq”un futbolçuları istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze yetirmələrinə aprelin 8-dək istirahət verib.
Ayın 8-də Zaqatalada toplaşacaq komanda məşqləri bərpa edəcək. Bununla da 26-cı turun “Neftçi” ilə ev oyununun hazırlıqları başlayacaq.
