7 aprel 2013 01:34
Böyükağa Hacıyev etirazını belə bildirdi (VİDEO)
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqanın 25-ci turunun “Qarabağ”a qarşı keçirilən oyununda hakim idarəçiliyindən narazı qaldı. Azerisport.az xəbər verir ki, baş hakim Rəhim Həsənov ilk hissənin başa çatdığını bildirən fiti səsləndirdikdən sonra Hacıyev meydana daxil olaraq Həsənovun yanına getdi, ona irad və etirazlarını bildirdi.
Peşəkar Futbol Liqasının mühafizə xidməti bu zaman müdaxilə edərək vəziyyəti sakitləşdirməyə nail olub.
Qeyd edək ki, birinci hissədə Həsənov “Neftçi”nin qapısına penalti təyin edib, 45-ci dəqiqədə isə sonuncu ümid foluna görə paytaxt klubunun müdafiəçisi İqor Mitreskiyə qırmıızı vərəqə göstərib.
