6 aprel 2013 14:17
Ufuk Budak Sivassporla oyuna hazırdı (FOTOLAR)
Türkiyənin “Eskişehirspor” klubu Super Liqanın növbəti turu çərçivəsində qarşılaşacağı “Sivasspor”la matçın hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlıqlarda futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak da yaxından iştirak edir.
Qeyd edək ki, “Eskişehirspor” – “Sivasspor” matçı sabah baş tutacaq. Amma millimizin üzvünün bu qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik bəlli deyil. Yeri gəlmişkən qeyd edək ki, digər komanda çıxış edən yığmamızın hücumçusu Cihan Özkaranın da oynayıb-oynamayacağı bilinmir.
