8 aprel 2013 00:09
Ruslan Abışov yenə də debüt edə bilmədi (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun yeni klubu “Rubin” bu tur “Kuban” ilə üz-üzə gəlib.
Qarşılaşma Krasnodarda keçirilib. Kurban Berdiyevin yetirmələri qolsuz heç-heçəyə razılaşıblar.
Abışov bu oyunda Rusiya Premyer Liqasında debüt edə bilərdi. Lakin həmyerlimiz bu istəyinə yenə çata bilməyib. Ruslan qarşılaşmanın iştirak ərizəsinə salınsa da, sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, 23 turdan sonra “Rubin” 39 xalla 4-cü yerdə gedir.
Rusiya Premyer Liqası
23-cü tur
7 aprel
Kuban – Rubin - 0:0
