8 aprel 2013 00:16
Vüqar Əsgərov Latviya çempionatında yeni mövsümün ilk qolunu vurdu (YENİLƏNİB)
Futbol üzrə Latviya çempionatında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi Lieapaya “Metallurg”u səfərdə Riqa “Daugava”sı ilə üz-üzə gəlib.
Mövsümün açılış matçında darmadağına sevinən həmyerlimizin komandası bu dəfə məğlubiyyətlə üzləşib - 1:2.
Bu görüşdə Əsgərovun da forma geyməsi istina deyildi. Həmyerlimiz matça start heyətdə çıxıb. Əsgərov 48-ci dəqqədə komandasının yeganə qolunu vurmaqla hesabı bərabərləşdirib. Lakin bundan 3 dəqiqə sonra meydan sahibləri daha bir qol vuraraq, qələbə qazanıblar.
"Metallurg" hazırda 3 xalla altıncı yerdə gedir.
Latviya çempionatı
2-ci tur
7 aprel
Daugava (Riqa) - Metallurg - 2:1
