7 aprel 2013 19:22

AZAL və Rəvandan qələbə (YENİLƏNİB)

Bu gün futbol Azərbaycan Topaz Premyer Liqasında 25-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
 
İkinci altılıq çərçivəsində son turda “Turan”ın daşını daş üstə qoymayan “Rəvan” bu dəfə “Sumqayıt”la qarşılaşıb. Ramil Əliyevin yetirmələri bu dəfə də sumqayıtlıları darmadağına məruz qoyublar.
 
Nəhayət, turun qapanış matçında AZAL “Turan”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma "təyyarəçilər"in qələbəsiylə başa çatıb.
 
Topaz Premyer Liqası
25-ci tur
7 aprel
 
AZAL - TURAN - 2:0 (1:0)
Qollar: F.Nildo, 15 (1:0), C.Oluremi, 75 (2:0)
Bakı. "AZAL Arena".
 
Oyun başladı
5. AZAL gözlənildiyi kimi, ilk dəqiqələrdən təşəbbüsə yiyələnib
10. Meydan sahibləri rəqibi qapısına sıxışdırsa da, hələlik istəyinə çata bilmir
13. İbekoyinin uzaqdan zərbəsini Bayramov çətinliklə də olsa, tutur
15. Qonaqların qapısı qarşısındakı qarışıqlıq zamanı Nildo dəqiq zərbə ilə hesabı açır - 1:0
17. Fransiskonun zərbəsi qapının üstündən keçir
24. C.Tağıyev ilk sarı vərəqənin müəllifinə çevrilir
32. K.Bayramov növbəti dəfə qonaqları qoldan xilas edir
36. Kurtskeviç sarı vərəqə alır
37. AZAL təhlükəli nöqtədən cərimə zərbəsi vurur. Arsenyeviçin zərbəsi Bayramovda qalır
41. A.Məmmədov sarı vərəqə alır
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Maysuradze də sarı vərəqə alır
55. AZAL fasilədən sonra da hücumlarını davam etdirir
68. C.Tağıyevi R.Tağızadə əvəzləyir
70. X.Fransisko sarı vərəqə alır
71. İbekoyini Boqdanoviç əvəzləyir
73. R.Tağızadənin qola sevinməsinə Bayramov imkan vermir
74. A.Məmmədovu A.Qədiri əvəzləyir
75. C.Oluremi korner zamanı dəqiq baş zərbəsi ilə tovuzluları növbəti dəfə meydanın mərkəzinə dəvət edir - 2:0
80. Zədəli K.Bayramovu N.Səhrətov əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 3. Usim Nduka, 23. Tural Nərimanov, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 11. Zohair Benouahi, 7. Cavid Tağıyev, 28. Con Oluremi, 20. Branislav Arsenyeviç.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 22. Ruslan Tağızadə, 77. Saşa Yunisoğlu, 32. Vladimir Boqdanoviç, 9. Elşən Məmmədov, 10. Tərlan Xəlilov, 37. Andrius Veliçka.
TURAN: 1. Kamal Bayramov (k), 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov, 10. Ender Günlü, 11. Salif Ballo, 13. Nikoloz Maysuradze, 25. Antonio Rukavina, 26. Aleksandr Kurtskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 4. Vüqar Bəybalayev, 9. Murad Ağakişiyev, 17. Fərmayıl Əliyev, 19. Asəf Qədiri, 20. David Janelidze, 23. İrakli Beraya.
 
RƏVAN – SUMQAYIT - 3:0 (1:0)
Qollar: M.Kalonas, 15 (1:0), T.Mikayılov, 79 (2:0), S.Barlay, 90+1 (3:0)
Bakı. “Bayıl Arena”.
 
Oyun başladı
"Rəvan" ilk dəqiqələrdən üstünlüyü ələ alıb
Hər iki komanda çox ehtiyatlı futbol sərgilədiyindən qapılara demək olar ki, zərbə yoxdu
Matç daha çox mərkəzdə keçir
Abbasovun ötürməsini Kalonas qola çevirir - 1:0
A.Muxtaroğlunun zərbəsi qapıdan yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Sumqayıt" fasilədən sonra bir qədər fəal görünür
Orlovski cərimə meydançasında əllə oyuna görə həm penaltiyə səbəb olur, həm də sarı vərəqə alır
Amma M.Doymuş penalti zərbəsini qapının üstündən vurur
Vareanın zərbəsi dirəkdən dönür
Abbasovu T.Mikayılov əvəzləyir
Alxasov da kobud oyuna görə sarı vərəqə alır
Qonaqların ərazi üstünlüyü olsa da, qol vura bilmirlər
Mikayılov qonaqların qapısına daha bir qol vurur - 2:0
90+1. Barlay oyunda son nöqtəni qoyur - 3:0
Matç başa çatdı
 
RƏVAN: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 7. Ramil Həşimzadə, 9. Vüsal Qarayev, 11. Əli Əliyev, 16. Orxan Lalayev, 19. Hüseyn Axundov, 22. Tofiq Mikayılov.
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 8. Aqşin Muxtaroğlu, 11. Sabir Allahquliyev, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzəağa Hüseynpur, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 6. Taner Taktak, 17. Emin Cəfərquliyev, 22. Xəyal Mustafayev, 25. Eldar Cankişiyev, 76. Can Akgün.
 
Turun digər oyunları: Qəbələ – Simurq – 1:1, Bakı – İnter – 1:2, Kəpəz – Xəzər Lənkaran – 1:2, Neftçi – Qarabağ – 1:2.
 
1 Neftçi 25 15 3 7 50 27 +23 48
2 İnter 25 13 8 4 28 15 +13 47
 3 Qarabağ 25 12 9 4 33 21 +12 45
4 Simurq 25 10 10 5 27 17 +10 40
5 Bakı 25 7 13 5 27 18 +9 34
6 Qəbələ 25 9 6 10 28 31 –3 33
 
1 AZAL  25 9 9 7 38 27 +11 36
2 XL 25 8 8 9 35 30 +5 32
3 Rəvan 25 9 4 12 33 38 –5 31
4 Sumqayıt 25 7 7 11 25 42 –17 28
5 Turan 25 6 5 14 26 47 –21 23
6 Kəpəz 25 2 4 19 14 51 –37 10
 
Bombardirlər:
21 - Nikolas Kanales (Neftçi)
14 - Franko Nildo (AZAL)
11 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt).
7 - Zohair Benuahi (AZAL), Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.