6 aprel 2013 14:36
Kəpəz Xəzər Lənkəranla duelə ciddi itkilərlə çıxacaq
"Kəpəz" dünən keçirilən bir məşqlə "Xəzər Lənkəran"la oyunun hazırlıqlarını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, "Dalğa Arena"da reallaşan məşq saat 12:30-da başlayıb və təxminən 45 dəqiqə sürüb.
Baş məşqçi Mahmud Qurbanov futbolçuları qarşıdakı çətin oyun öncəsi çox yormayıb. Hazırlıq prosesi yüngül formada keçib.
Məşqdə zədəlilərdən Nikolay Svejentsev fərdi halda çalışıb. Onun cənublularla görüşdə meydana çıxması gözlənilmir. Digər zədəlilərdən Vladislav Serebryakov da bu gün keçiriləcək matçda oynaya bilməyəcək.
