7 aprel 2013 02:46
Rəvan Sumqayıtla oyuna hazırdı (FOTOREPORTAJ)
"Rəvan” Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt”la qarşılaşacaq. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ötən gün oyun öncəsi son hazırlığını keçirib.
"Bayıl Arena”da hazırlığın son mərhələsinə yığışan futbolçular matçdan öncə təxminən 1 saat hazırlaşıb. Komanda baş məşqçi Ramil Əliyevin istəyinə əsasən yüngül məşqlə kifayətlənib. Heyətdə zədəli və cəzalı futbolçunun olmaması da sevindirici məqamdı. Yalnız qapıçı Murad Qənbərovun biləyində problem var ki, o da əsas qolkiper sayılmır. Bir sözlə, komanda "Sumqayıt”la oyuna tam döyüşkən şəkildə hazırlığı başa vurub.
