7 aprel 2013 20:35
“4-5 futbolçu lazımi formada olmadığı üçün məğlub olduq”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 25-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna baxdıqda, “Rəvan” bu gün qələbəyə layiq idi. İlk hissədə üstünlüyə sahib idi və qol vurdu. İkinci hissədə penaltidən istifadə etsəydik, oyunda dönüş yarada bilərdik. İkinci hissənin 25-30 dəqiqəsi komandamız daha yaxşı oynadı. Lakin heyətlə bağlı müəyyən problemlərimiz var. 4-5 futbolçu lazımi formada olmadığı üçün oyunda məğlub olduq. Bundan öncəki oyunda penaltidən fərqlənib qələbə qazanmışdıq. Futbolçular bəzən çox mürəkkəb oynayır”.
