7 aprel 2013 20:45
“Qarşıdakı oyunlarda da bu taktiki sxemdən istifadə edəcəyik”
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 25-ci turunun “Sumqatıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bilirdik ki, rəqib yaxşı oyun göstərir. Ona görə də bu oyuna ciddi hazırlaşmışdıq. İnamlı qələbə qazandıq. İkinci hissədə “Sumqayıt”ın qol vurmaq üçün imkanları var idi. Əvəzetmələrin hesabına oyunda dəyişiklik etdik, iki top vurduq. Əks-hücumda daha çox qol epizodu yaratdıq. Ümumilikdə oyundan razıyam, komandaya təşəkkür edirəm. Oyuna əvvəlkindən fərqli sistemlə çıxmışdıq. Bunun nəticəsi idi ki, xəttlər arasında anlaşılmazlıq var idi. Qarşıdakı oyunlarda da bu taktiki sxemdən istifadə edəcəyik”.
