7 aprel 2013 20:53
“Hər oyunda 3-4 futbolçu itiririk”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 25-ci turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər bir oyun bizim üçün vacibdi, qələbə qazanmalıyıq. Bu il ilk dəfədi ki, “Turan”ı məğlub etdik. Qələbə, təbii ki, xoşdu. Oyun boyu qol imkanlarımız çox oldu, hamısından yararlana bilmədik. Hər oyunda 3-4 oyunçu itiririk. Con Oluremi komandaya gələndə fiziki durumu yaxşı deyildi. Lakin onun potensialı nəzərə alıb müqavilə imzaladıq. Özünü doğrultmağa başlayır”.
