7 aprel 2013 11:15
Riçard Almeyda: Neftçi özünü nəzakətsiz aparırdı
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın azerisport.az saytına müsahibəsi
- “Neftçi” ilə son oyun haqda nə deyə bilərsiz?
- Yaxşı oyun keçirdik. Qurban Qurbanov bizdən nə tələb edirdisə, onları meydanda yerinə yetirməyə çalışdıq. Bizə üç xal çox lazım idi. Çünki “Neftçi” bizi altı xal qabaqlayırdı. Ona görə də bizi qələbədən başqa heç bir nəticə qane etmirdi.

- Komandanız 2:0 hesablı inamlı qələbə qazansa da, son saniyələrdə qol buraxdığınız və matçın sonu sizin üçün çox həyacanlı alındı. Rəqibin azlıqda olduğunu nəzərə alsaq, bundan qaçmaq olmazdı?
- Bilirsiz, “Neftçi” də meydana vaxt öldürmək üçün çıxmamışdı. Amma eyni zamanda həmin qol epizodunda onların bəxtinin gətirdiyini də demək olar.
- Bilirsiz, “Neftçi” də meydana vaxt öldürmək üçün çıxmamışdı. Amma eyni zamanda həmin qol epizodunda onların bəxtinin gətirdiyini də demək olar.
- Siz bu görüşdə dubla imza atdınız. Bu dublu karyeranızda ən vacib saymaq olar?
- Şübhəsiz. Amma onu qeyd etmək istəyirəm ki, bu qolları mən təkbaşına yox, komandamın köməyi sayəsində vurdum.
- Şübhəsiz. Amma onu qeyd etmək istəyirəm ki, bu qolları mən təkbaşına yox, komandamın köməyi sayəsində vurdum.
- Rəşad Sadıqov demək olar ki, bütün oyunu sizi sakitləşdirməklə məşğul idi. Belə aqressivlik hardandı?
- Yəqin ki, oyunun böyük əhəmiyyət daşımasından irəli gəlirdi. Çünki rəqib komanda bəzi epizodlarda nəzakətsiz davranırdı.
- Qarşıda “İnter”lə oyun var...
- Bu oyun da kifayət qədər vacib qarşılaşmadı. Ümumiyyətlə, bundan sonrakı hər bir oyunumuz finala bərabərdi.
- “Neftçi” ilə oyunda azarkeşləriniz sizin portretinizi açsa da, adınızın yerinə “Qardaşinyo” yazmışdılar. Bu, sizin klubdakı yeni adınızdı?
- (gülür) Fanatlar məni sevirlər. Azərbaycana yeni gələn bir legioner üçün daha nə lazımdı ki? Mən çox razıyam. Çalışacağam ki, komandama bundan sonra da faydalı olum və azarkeşlər də məni sevməyə davam etsinlər.