7 aprel 2013 12:14
Mübariz Mənsimov Toşakın ilk zəfərinə şahidlik etdi
Ötən gün Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “Xəzər Lənkəran” səfərdə Gəncənin “Kəpəz” klubunun qonağı oldu. Azerisport.az xəbər verir ki, hazırda Gəncə şəhər mərkəzi stadionu təmirə bağlandığından matç Bakıdakı “Dalğa Arena”da baş tutdu.
Matç 2:1 hesabı ilə “ağ-yaşıllar”ın xeyrinə başa çatdı. Bu, lənkəranlıların yeni baş məşqçisi Con Toşakla qazandıqları ilk belə zəfər idi.
Qeyd edək ki, bu matçı tribunadan izləyənlər arasında “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da var idi.
