8 aprel 2013 00:28
Qarabağdan Premyer Liqa üçün intriqa müjdəsi
Futbol üzrə Topaz Premyer Liqasında daha bir tur geridə qaldı. Azerisport.az xəbər verir ki, üç gün ərzində baş tutan 25-ci tur bütövlükdə zirvə mübarizəninin daha da qızışmasıyla yadda qaldı.
Turun açılış matçında “Qəbələ” “Simurq”u qəbul etdi. Hər iki komanda son dövrlər uğursuz çıxışla seçilirdi. “Qəbələ” hətta son turda “Qarabağ”a məğlubiyyətin ardından baş məşqçisini də itirmişdi. Bu üzdən də istefa verən Ramiz Məmmədovun əvəzində bu komandanı meydana əvəzedici heyətin baş məşqçisi – ispaniyalı Luis Araqon çıxarmışdı. Zaqatala klubu isə son turda doğma meydanda “Bakı”ya uduzduğundan, Georgi Çixradzenin yetirmələri bu görüşdə eyni aqibəti yaşamaq istəmirdi. İndiyədək eyni sayda qələbə qazanan komandaların oyunlarında “Qəbələ” top fərqində üstünlüyə malik idi. Lakin son 5 matçda öz meydanında oynayan komanda qələbə qazana bilmirdi. Təsnifat mərhələsində Zaqatalada keçirilən oyun 1:1 hesablı heç-heçə ilə bitmişdisə, Qəbələdəki qarşılaşma “Simurq”un minimal hesablı qələbəsiylə bitmişdi. Bu dəfə isə hesabı meydan sahibləri açdılar. Amma sona yaxın “Simurq” məğlubiyyətdən yaxa qurtarmağa imkan tapdı.
İlk altılıq çərçivəsindəki daha bir görüş “Bakı” ilə “İnter” arasında keçirildi. 33-cü paytaxt derbisi ərəfəsində “Bakı” minimal üstünlüyə malik idi. Lakin son 3 oyunda onlar rəqib qapısına yol tapa bilmirdilər. Ümumiyyətlə başa çatan son 6 oyunda 1-dən artıq qol vurulmamışdı. Təsnifat mərhələsində baş tutan “Bakı” – “İnter” görüşü qolsuz heç-heçə ilə bitmişdi. “İnter”in meydanında baş tutan görüşdə isə “bankirlər” 1:0 hesabıyla üstün olmuşdular. Maraq üçün xatırladaq ki, bu komandalar cari mövsümdə ölkə kubokunda da üz-üzə gəlmişdilər. “Bakı”nın meydanında 1:1 hesabı qeydə alınsa da, “Şəfa”da 2:2 hesablı heç-heçəyə razılaşan komandalardan “İnter” mübarizəni dayandırmaq məcburiyyətində qalmışdı. Bu üzdən də son turda “Neftçi”yə uduzmaqla işini çətinə salan “bankirlər” “zolaqlılar”dan qisas almaqla azarkeşləri qarşısında bəraət qazanmağı hədəfləmişdi. Paytaxtın eyniadlı klubu səkkiz oyun idi məğlubiyyət tanımasa da, “İnter” bu dəfə uğurlu seriyaya son qoymağı bacardı. Bu qələbə sayəsində “bankirlər” liderlə xal fərqini minimuma endirməyə nail oldu.
Turun mərkəzi oyununda isə “Neftçi” “Qarabağ”la üz-üzə gəldi. Əzəli rəqiblərin 51-ci dueli ərəfəsində “Neftçi”nin cüzi üstünlüyü vardı. Amma bakılılar cari mövsümə təsadüf edən hər 2 matçda minimal hesabla uduzmuşdular. Qurban Qurbanovun yetirmələri hər iki görüşü 1:0 hesablı qələbə ilə başa vurmuşdu. Növbəti Azərbaycan derbisi öncəsi “Neftçi” lider idi. Böyükağa Hacıyevin komandası əsas izləyicisi “İnter”dən 4 xal öndəydisə, ağdamlıları 6 xal qabaqlayırdı. Bu üzdən də növbəti qələbə “ağ-qaralar”ı izləyicilərindən daha da uzaqlaşdırmaqla yanaşı, həm də çempionluğa bir qədər də yaxınlaşdıracaqdı. Bu üzdən də “Qarabağ” nəyin bahasına olur-olsun, aradakı xal fərqini aradan qaldırmağa, ən azı olduğu kimi qalmasına çalışmalıydı. Əks halda çempionatda intriqa daha da zəifləyəcəkdi. Amma Ağdam klubu buna imkan vermədi. “Qarabağ”ın qazandığı qələbə nə qədər səs-küylü və qalmaqallı alınsa da, hər halda zirvə uğrunda mübarizəyə rəng qatmış oldu.
Çempionatın aşkar autsayderi “Kəpəz” “Xəzər Lənkəran”ı qəbul etdi. Son 5 oyunda rəqibinə 1 xal da verməyən “Xəzər Lənkəran” çempionatın autsayderi ilə görüşlərdə böyük üstünlüyə malik idi. Cənub təmsilçisi autsayderlə görüşdə yeni baş məşqçisi ConToşakın rəhbərliyi altında ilk qələbəsini qazanmaq iddiasındaydı. Maraq üçün xatırladaq ki, təsnifat mərhələsindəki görüşlərdə “Xəzər Lənkəran” evdə 4:0, səfərdə 1:0 hesabıyla üstün olmuşdu. Elə bu dəfə də sürpriz olmadı. Cənubluların fəxri prezidenti Mübariz Mənsimovun da canlı izlədiyi qarşılaşma sonda “ağ-yaşıllar”ın qələbəsiylə başa çatıb.
Son turda “Turan”ın daşını daş üstə qoymayan “Rəvan” bu dəfə “Sumqayıt”la qarşılaşdı. Son dueldə rəqibinə uduzan “Rəvan” indiyədək baş tutan 6 matçda üstünlüyə malik idi. Bu komandaların oyunlarında qonaqlar daha üstün çıxış edirdilər. Cari mövsüm baş tutan görüşlərə gəlincə, Sumqayıtdakı görüş “Rəvan”ın 1:0 hesablı qələbəsiylə başa çatmışdı. Lakin “aslanlar” evdə 2:3 hesabıyla uduzmuşdular. Bu dəfə isə Ramil Əliyevin yetirmələri 3 cavabsız qolla qalib gəldilər. Hesab 1:0 olarkən qonaqlar penalti qazansalar da, Murat Doymuş bu şansı boşa verincə, məğlubiyyət də qaçılmaz oldu.
Nəhayət, turun qapanış matçında AZAL “Turan”la münasibətlərinə aydınlıq gətirdi. 21-ci dəfə qarşılaşan rəqiblərin son oyunlarında AZAL böyük üstünlüyə malik idi. Lakin son 2 oyunda bakılılar qol da vura bilmirdilər. Son 6 qarşılaşmada vurulan bütün qollar isə qonaqların qapısından keçirilmişdi. “Turan” bu mövsüm AZAL-ı evdə 1:0 hesabıyla məğlub etməyi bacarmışdı. Bakıdakı görüşdə isə qolsuz heç-heçə qeydə alınmışdı. Bu dəfə isə “təyyarəçilər” daha üstün futbol sərgiləyərək, 2 cavabsız qolla üstün olub.
Topaz Premyer Liqası
25-ci tur
QƏBƏLƏ – SİMURQ - 1:1 (0:0)
Qollar: R.Assis, 54 (1:0), T.Buşiç, 89 (1:1)
Sarı vərəqələr: Ürfan Abbasov, 43 (qeyri-idman hərəkəti); Omar Kalabane, 87 (qeyri-idman hərəkəti) - Nenad Kiso, 7 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 54 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Zeynal Zeynalov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
5 aprel 2013. Qəbələ. Şəhər stadionu. 550 tamaşaçı.
Qəbələ: 25. Dieqo Kosta Silva, 4. Amit Quluzadə, 10. Dodo, 11. Yannik Kamanan (9. Viktor Mendi, 66), 15. Omar Kalaban, 18. Aleksandr Çertoqanov (21. Elmar Baxşıyev, 82), 22. Rodriqes Assis, 23. Şəhriyar Xəlilov (8. Kristian Pulhak, 57), 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Nikola Valentiç, 19. Rövşən Əmiraslanov, 39. Sadiq Quliyev.
Məşqçi: Luis Antoni Araqon.
Simurq: 22. David Petrkeviç, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 10. Zdravko Popoviç (19. Nicat Qurbanov, 85), 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak (9. Marçin Burhard, 68), 20. Rəşad Eyyubov (12. Tomislav Buşiç, 69), 21. Murad Səttarlı, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.
BAKI – İNTER - 1:2 (0:0)
Qollar: A.Məmmədov, 68 (0:1), Y.Fomenko, 81 (0:2), A.Nəbiyev, 90+3 (1:2)
Sarı vərəqələr: İbrahim Karqbo, 30 (hakimin qərarına etiraz); Lukas Mario Horvat, 51 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) - Brüs Abdulaye, 56 (qeyri-idman hərəkəti); Revaz Tevdoradze, 83 (vaxtı uzatdığına görə).
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
6 aprel 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 1. Kamran Ağayev, 14. Elvin Əliyev, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev (27. George Popxadze, 46), 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k) (23. Rauf Əliyev, 73), 77. Aleksandar Soliç, 28. Ferdi Elmas (88. Cavid Hüseynov, 64), 22. Risto Ristoviç, 24. Marius Pena.
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 6. İbrahim Karqbo, 8. Junior Vilson, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Bojidar Bandoviç.
İnter: 74. Revaz Tevdoradze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov (21. Arif Daşdəmirov, 77), 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse (91. Leandro Roşa, 58), 28. Baçana Sxadadze, 30. Yuri Fomenko, 47. Abdulla Abatsiyev (24. Fuad Bayramov, 84).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 9. Daniel Genov, 14. Petar Zlatinov.
Baş məşqçi: Kaxaber Sxadadze.
NEFTÇİ – QARABAĞ - 1:2 (0:1)
Qollar: R.Almeyda, 35-pen (0:1), R.Almeyda, 69 (0:2), N.Kanales, 87 (1:2)
Sarı vərəqələr: Erik Ramos, 33 (qeyri-idman hərəkəti); Flavio Aleks Valensio, 61 (hakimin qərarına etiraz); Nikolas Kanales, 71 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 85 (qeyri-idman hərəkəti) - Admir Teli, 19 (hakimin qərarına etiraz); Əfran İsmayılov, 47 (qeyri-idman hərəkəti); Qara Qarayev, 58 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 68 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: İqor Mitreski, 44 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə).
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Yaşar Abbasov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə -4 dəq.
6 aprel 2013. Bakı. “Bakcell Arena”. 2500 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz (14. Bahodir Nasimov, 79), 5. İqor Mitreski, 9. Flavinyo, 10. Julius Vobay (16. Bruno Bertuççi, 76), 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov (4. Tərlan Quliyev, 46), 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Xose Luis Kabion, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 20. Riçard Almeyda (7. Namiq Yüsifov, 89), 21. Reynaldo Silva, 22. Əfran İsmayılov (17. Vüqar Nadirov, 64), 24. Admir Telli, 25. Ansi Aqolli, 88. Kristian Torres (10. Muarem Muarem, 67).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
KƏPƏZ – XƏZƏR LƏNKƏRAN - 1:2 (0:2)
Qollar: D.Sialmas, 30 (0:1), A.Pit, 45+1 (0:2), E.Həsənəliyev, 90+2 (1:2)
Sarı vərəqələr: Georgi Sepiaşvili, 40 (qeyri-idman hərəkəti); Fərid Quliyev, 72 (hakimə etiraz); Alan Soltanov, 85 (qeyri-idman hərəkəti) - Rahid Əmirquliyev, 32 (qeyri-idman hərəkəti); Eder Bonfim, 37 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, Cavanşir Yusifov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
6 aprel 2013. Bakı. “Dalğa Arena”. 200 tamaşaçı.
Kəpəz: 1. Ramil Kərimov, 2. Cəmşid Məhərrəmov (23. Ravil Müslümov, 68), 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev (5. Mətləb Məmmədov, 73), 8. Elvin Həsənəliyev, 9. Alan Sotanov, 11. Fərid Quliyev, 15. Şahin Kərimov (k), 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani (10. Zaur Əsədov, 89).
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 4. Məhərrəm Müslümzadə, 14. Elxan Əzizov, 18. Nikolay Svejentsev.
Baş məşqçi: Mahmud Qurbanov.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 6. Robert Alviz, 8. Eder Bonfim, 9. Uğur Pamuk (17. Kazım Kazımlı, 56), 4. Alvaro Silva, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas (24. Gökhan Güleç, 64), 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit (7. Sadio Tounkara, 72), 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 3. Vanderson Skarduelli, 97. Elnur Cəfərov, 99. Marin Orsuliç.
Baş məşqçi: Con Toşak.
RƏVAN – SUMQAYIT - 3:0 (1:0)
Qollar: M.Kalonas, 15 (1:0), T.Mikayılov, 79 (2:0), S.Barlay, 90+1 (3:0)
İstifadə olunmamış penalti: Murad Doymuş, 55.
Sarı vərəqələr: Mindauqas Kalonas, 20 (qeyri-idman hərəkəti); Nikolay Orlovski, 54 (əl ilə oyun) - Bəxtiyar Həsənalızadə, 28 (qeyri-idman hərəkəti); Samir Abasov, 39 (qeyri-idman hərəkəti); Emin Cəfərquliyev, 68 (qeyri-idman hərəkəti); Mirzəağa Hüseynpur, 86 (hakimin qərarına etiraz).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
7 aprel 2013. Bakı. “Bayıl Arena”. 200 tamaşaçı.
Rəvan: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas (7. Ramil Həşimzadə, 82), 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (22. Tofiq Mikayılov, 59), 18. Samuel Barlay, 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev (11. Əli Əliyev, 81).
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 9. Vüsal Qarayev, 16. Orxan Lalayev, 19. Hüseyn Axundov.
Baş məşqçi: Ramil Əliyev.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 8. Aqşin Muxtaroğlu (17. Emin Cəfərquliyev, 65), 11. Sabir Allahquliyev, 13. Murad Ağayev (76. Can Akgün, 46), 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzəağa Hüseynpur, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə (6. Taner Taktak, 67), 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 22. Xəyal Mustafayev, 25. Eldar Cankişiyev.
Baş məşqçi: Bernhard Raab.
AZAL - TURAN - 2:0 (1:0)
Qollar: F.Nildo, 16 (1:0), C.Oluremi, 75 (2:0).
Sarı vərəqələr: Cavid Tağıyev, 25 (əl ilə oyun); Juan Fransisko, 70 (rəqibi əl ilə tutduğuna görə) // Aleksandr Kurtskeviç, 36 (qeyri-idman hərəkəti); Azər Məmmədov, 41 (qeyri-idman hərəkəti); Nikoloz Maisuradze, 50 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə).
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Rauf Cabbarov.
AFFA nümayəndəsi:Abbas Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
7 Aprel 2013. Bakı. "AZAL Arena". 500 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 3. Usim Nduka, 23. Tural Nərimanov, 15. Oskar Klyava, 17. Viktor İbekoyi (32. Vladimir Boqdanoviç, 71), 11. Zohair Benuahi (10. Tərlan Xəlilov, 85), 7. Cavid Tağıyev (22. Ruslan Tağızadə, 68), 28. Con Oluremi, 20. Branislav Arsenyeviç, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 77. Saşa Yunisoğlu, 9. Elşən Məmmədov, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
Turan: 1. Kamal Bayramov (k) (27. Natiq Səhrətov, 81), 2. Dmitri Pospelov (20. David Janelidze, 57), 3. Anatoli Stukalov, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov (19. Asəf Qədiri, 74), 8. Budaq Nəsirov, 10. Ender Günlü, 11. Salif Ballo, 13. Nikolas Maysuradze, 25. Antonio Rukavina, 26. Aleksandr Kurtskeviç.
Ehtiyat oyunçular: 4. Vüqar Bəybalayev, 9. Murad Ağakişiyev, 17. Fərmayıl Əliyev, 23. İrakli Beraya.
Baş məşqçi: Əfqan Talıbov.
| 1 | Neftçi | 25 | 15 | 3 | 7 | 50 | 27 | +23 | 48 |
| 2 | İnter | 25 | 13 | 8 | 4 | 28 | 15 | +13 | 47 |
| 3 | Qarabağ | 25 | 12 | 9 | 4 | 33 | 21 | +12 | 45 |
| 4 | Simurq | 25 | 10 | 10 | 5 | 27 | 17 | +10 | 40 |
| 5 | Bakı | 25 | 7 | 13 | 5 | 27 | 18 | +9 | 34 |
| 6 | Qəbələ | 25 | 9 | 6 | 10 | 28 | 31 | –3 | 33 |
| 1 | AZAL | 25 | 9 | 9 | 7 | 38 | 27 | +11 | 36 |
| 2 | XL | 25 | 8 | 8 | 9 | 35 | 30 | +5 | 32 |
| 3 | Rəvan | 25 | 9 | 4 | 12 | 33 | 38 | –5 | 31 |
| 4 | Sumqayıt | 25 | 7 | 7 | 11 | 25 | 42 | –17 | 28 |
| 5 | Turan | 25 | 6 | 5 | 14 | 26 | 47 | –21 | 23 |
| 6 | Kəpəz | 25 | 2 | 4 | 19 | 14 | 51 | –37 | 10 |
Bombardirlər:
21 - Nikolas Kanales (Neftçi)
14 - Franko Nildo (AZAL)
11 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt).
7 - Zohair Benuahi (AZAL), Baçana Sxadadze (İnter).
