8 aprel 2013 00:43
Özkara oynadı, Sivasspor Ufuk Budaqın komandasına uduzdu
Futbol üzrə Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu tur Azərbaycan yığmasına çağırılan Ufuk Budakla Cihan Özkaranın komandaları – müvafiq olaraq “Eskişehirspor”la “Sivasspor” üz-üzə gəlib.
Qarşılaşma “Eskişehirspor”un 2:1 hesablı qələbəsiylə başa çatıb. Nəticədə “Eskişehirspor” 39 xalla yeddinci pilləyə yüksəlib. “Sivasspor” isə 35 xalla 11-cidi.
Qeyd edək ki, Ufuk Budak bu dəfə də oynamayıb. Amma Özkara 81-ci dəqiqədə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
