9 aprel 2013 00:23
Arif İsayev Denizlisporda ilk qolunu vurdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 29-cu turu çərçivəsində “Adanaspor” ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilib. Bu üzdən də həmyerlilərimizin komandası çətin səfərdə uğur qazana bilməyiblər - 1:2.
Bu görüşdə futbolçularımızın da iştirakı istisna deyildi. Rail 90 dəqiqə meydanda olub. Arif isə meydana 76-cı dəqiqədə çıxıb. Elə komandasının yeganə qolunu da məhz Arif İsayev vurub. Hansı ki, bu, həmyerlimizin qardaş ölkədə vurduğu ilk qol olub.
Qeyd edək ki, Ariflə Railin komandası 29 oyuna 33 xalla 14-cü yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
29-cu tur
8 aprel
Adanaspor - Denizlispor - 2:1
