7 aprel 2013 14:31
Ruslan Abışov oynadı, Rubin məğlub oldu
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Rusiyanın “Rubin” klubunun əvəzedici heyətində oyuna çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz əvəzedicilər arasında keçirilən 23-cü turun “Kuban”la görüşünün iştirakçısı olub.
Qarşılaşma 1:0 hesabıyla Krasnodar təmsilçisinin xeyrinə başa çatıb. Abışov matça start heyətdə çıxıb. Lakin o, fasilədə əvəzlənib.
