7 aprel 2013 14:56

Elvin Məmmədov: Bizim artıq Premyer Liqada heç bir şansımız yoxdu

“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədovun azerisport.az saytına müsahibəsi
 
- “İnter”lə oyun haqda nə deyə bilərsiz?
- Əlbəttə, “İnter” güclü rəqibdi. Biz bu komandaya hörmətlə yanaşırdıq. Amma fikrimcə, biz bu oyunu öz səhvlərimiz ucbatından uduzduq. İki qol buraxdıq, nəticədə də məğlubiyyətlə üzləşdik.
 
- Amma “Bakı” birinci hissədə inamlı təsir bağışlayırdı...
- Bəli, elədi. Amma biz bütün 90 dəqiqə ərzində eyni tempdə oynamağı bacarmadıq. Yəqin ki, oyundan sonra səhvlərimizi analiz edəcəyik. Lakin hesab edirəm ki, buraxılan səhvlərə görə konkret kimlərisə günahlandırmaq düzgün olmazdı.
 
- “İnter”ə məğlubiyyət sizin çempionat vasitəsilə avrokuboklara vəsiqə və medal qazanmaq şansınızı heçə endirdi...
- Razıyam. Artıq Premyer Liqada heç bir şansımız qalmayıb. “İnter”i məğlub etsəydik, “Simurq”la xal fərqini azaltmış olacaqdıq. Amma məğlub olduq və şanslarımızı boşa verdik.
 
- Deməli, bundan sonra bütün fikirləriniz kuboka yönələcək?
- Bizim qarşıda hələ “Qəbələ” ilə oyunumuz var. Ona görə də öncə bu komanda haqda düşünəcəyik. Amma aydın məsələdi ki, əsas diqqətimiz Azərbaycan Kubokuna yönəlmiş olacaq.
 
- Maraqlıdı ki, kubokdakı “Bakı” ilə Premyer Liqadakı “Bakı” arasında xeyli fərq var. Məsələn, son uduzduğunuz “İnter”lə kubok görüşündə hesabda geridə olsanız da, sona qədər mübarizə apardınız və mərhələ adladınız...
- Biz bu dəfə ilk qolu demək olar ki, heç nədən buraxdıq. Bu, az təsir göstərmədi.
 
- Premyer Liqanın formatının dəyişdirilməsini necə qarşıladız?
- Hələ buna indidən cavab vermək tezdi. Hər şeyin necə alınacağını zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.