8 aprel 2013 19:52

Tofiq Mikayılov qol vurdu, Adamoviçin adına yazıldı

"Rəvan” Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində bazar günü "Sumqayıt”la qarşılaşdı. Azerisport.az xəbər verir ki, “aslanlar” növbəti qələbəsini qazanmaqla hesabındakı xalların sayını 31-ə çatdırdı.
 
"Bayıl Arena”da keçirilən oyun bir sıra maralı məqamları ilə yadda qaldı. İlk öncə "Rəvan”ın ikinci mövsümünü keçirdiyi Premyer Liqada ilk dəfə ardıcıl 3 qələbə qazandığını qeyd etməliyik. İndiyə qədər komanda elitada 5 dəfə dalbadal 2 oyunda 3 xala sevinsə də, 3-cü görüşdə büdrəmişdi. Ancaq bu, klub tarixində ən uzun qələbə seriyası deyil. Belə ki, 2010/11 mövsümündə - "Rəvan” Birinci Divizionda çıxış edərkən 5-13-cü turlar ərzində, 2010-cu ilin 3 oktyabr – 5 dekabr tarixləri aralığında ardıcıl 9 qələbə qazanılıb. 14 oyundu heç-heçə etməyən komandanın Premyer Liqa matçlarında ilk dəfə ardıcıl 2 oyunda böyükhesablı qələbə qazandığı da xüsusi vurğulanmalıdı.
 
Əvəzedicələrdən ibarət komandanın üzvü Əli Əliyevin əsas komandada debüt etdiyi görüşdə son nöqtəni qoyan Samuel Barlay isə klub tarixinə düşdü. Belə ki, syerra leoneli yarımmüdafiəçi 1-ci uzatma dəqiqəsində fərqlənməklə həm cari mövsüm ilk qolunu vurdu, həm də yubileyini qolla qeyd etdi. Axı bu matç onun üçün Premyer Liqada "Rəvan” forması ilə 50-ci görüş idi. Qeyd edək ki, o, yalnız elita oyunları nəzərə alınmaqla "uçan aslanlar”ın heyətində 50 oyuna çıxmış ilk futbolçu oldu. Kapitan Tural Axundovda və artıq komandadan ayrılmış Miloş Zeçeviçdə isə bu rəqəm 49-a bərabərdi. Qeyri-adi heç nə baş verməsə, "Kəpəz”lə növbəti oyunumuzda Tural da 50-yə çatacaq.
 
"Rəvan”ın ilk qolunun müəllifi olan Mindauqas Kalonas qış fasiləsindən sonra çempionatda 6-cı qolunu vurdu. Martın ən yaxşı futbolçusu seçilməyə real namizəd olan litvalı pleymeykerlə bu mənada yalnız "Bakı”nın əsas qolçusu Marius Pena və "Neftçi”nin vuran ayağı Nikolas Kanales rəqabət aparır. Onlar da 2013-cü ildə Premyer Liqada 6 dəfə fərqlənib. Əsas qol ümidi Xuan Manuel Varea, Nildo (AZAL) və Riçard Almeyda (Qarabağ) isə 5 dəfə rəqib torunu silkələyib.
 
Oyunun maraqlı məqamlarından biri də ikinci qolla bağlıdır. Çünki topa son toxunan Tofiq Mikayılov olsa da, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası qolu ötürmə verən Miloş Adamoviçin adına yazıb. Belədə Tofiqin 11 oyun sonra qol müəllifi olmaq arzusu reallaşmayıb. Əvəzində Adamoviç dalbadal 3-cü oyunda fərqlənməyi bacaran 3-cü "Rəvan"lı futbolçu olmaq üçün real şans qazanıb. Axı o, öncəki tur "Turan”ın da qapısına yol tapmışdı. İndiyə qədər Nemanya Vidakoviç (28 aprel – 12 may 2012-ci il) və Mindauqas Kalonas (9 – 22 fevral 2013-cü il) dalbadal 3 oyunda fərqlənə bilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.