8 aprel 2013 11:32

Qarabağ Neftçini vitse-prezidenti üçün məğlub edib?

“Qarabağ” Azərbaycan derbisində “Neftçi”ni səfərdə məğlub edərək həm də 3-cü pillədə yerini möhkəmləndirdi. Azerisport.az xəbər verir ki, bu zəfər eyni zamanda cari mövsümdə “ağ-qaralar” üzərində qazanılmış ardıcıl 3-cü qələbə oldu.
 
“Qarabağ”ın bu zəfərinin təməli əslində daha öncədən atılmışdı. Daim komandasının yanında olan vitse-prezident Tahir Gözəl bu dəfə də ənənəsinə sadiq qalaraq oyundan öncə idari, texniki, inzibati heyəti bir araya toplamış və komanda ruhunu bir daha nümayiş etdirmişdi.
 
Komandaya tam dəstəyini nümayiş etdirən başqan Azərbaycan derbisi haqqında söhbətdən sonra mövsümün ilk 2 derbisindəki qələbədən danışmışdı..
 
Tahir Gözəl:
- Biz tarix boyunca “Neftçi”ni 3 dəfə ardıcıl məğlub etmişikmi?
 
Qurban Qurbanov:
- Derbi tarixində heç kim ardıcıl 3 qələbə qazana bilməyib.
 
Tahir Gözəl:
- Heç kim bacarmayib?
 
Nurlan İbrahimov:
- Derbi tarixində ən böyük seriya “Qarabağ”a məxsusdur. “Qarabağ” 2006-2010-cu illər arasında “Neftçi”yə 11 oyun və ya 1873 gün məğlub olmayıb. Amma tarix boyu heç kim 3 qələbə qazanmayıb.
 
Tahir Gözəl:
- Qurban hoca, sabah mən “Qarabağ”dan bir ilki gözləyirəm! Hədəfimiz 3-də 3 olmalıdı!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.